Fövqəladə Hallar Nazirliyi (FHN) təhlükəsizlik qaydalarını pozmuş maye qazdoldurma məntəqəsinin istismarını məhdudlaşdırıb.
Bu barədə "İki sahil"ə FHN-dən məlumat verilib.
Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Göygöl rayonunun Quşqara kəndində fəaliyyət göstərən fərdi sahibkar Qoçuyev Elşən Fəxrəddin oğluna məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.
Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədəd tutumun istismar müddətinin bitdiyi, dövri olaraq tam texniki müayinəsinin keçirilmədiyi, həmçinin tutumun üzərində quraşdırılmış qoruyucu klapanların və manometrlərin dövri yoxlamasının aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsindəki tutumun istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Azərbaycan cəmiyyətini informasiya təxribatlarına qarşı ayıq-sayıq olmağa çağırırıq - BƏYANAT
TƏBİB-in “Tibb işçisinin etik davranış qaydaları” proqramı ölkə üzrə 56 min əməkdaşı əhatə edib
TƏBİB tərəfindən hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri həyata keçirilib