Pakistan Baş naziri Şahbaz Şərif Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana iki günlük səfərə yola düşüb.
Bu barədə "İki sahil" Pakistan hökumətinə istinadən xəbər verir.
Sammit çərçivəsində Ş.Şərif ECO ölkələrinin digər liderləri ilə ikitərəfli görüşlər keçirməyi planlaşdırır.
Hökumət başçısının nümayəndə heyətinə Baş nazirin müavini və xarici işlər naziri Məhəmməd İshak Dar, informasiya və radio yayımı naziri Attaulla Tarar, Baş nazirin xüsusi köməkçisi Tariq Fatemi daxildir.
Bu, Pakistanın Baş nazirinin bu il ərzində Azərbaycana ikinci səfəridir. O, son dəfə 2025-ci ilin may ayında Bakıda olub və Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar