Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü çərçivəsində Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksəksəviyyəli qarşılıqlı səfərlərin, təmasların ikitərəfli əlaqələrimizin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub. Regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq mövzuları müzakirə edilib. İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və mədəniyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.
Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir
Şuşada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir
Prezident İlham Əliyev: Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar