İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) avqustun 26-da növbəti dəfə avtomobil hərracı keçirəcək.
“İki sahil” quruma istinadən xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca 6 nəqliyyat vasitəsi çıxarılacaq. Bunlar, Diasporla İş üzrə Dövlət Komitəsinə məxsus 1 ədəd "Khazar", Hesablama Palatasına məxsus 2 ədəd "Toyota Camry" və Nazirlər Kabinetinin İşlər idarəsinə məxsus 1 ədəd BMW 730LI, 1 ədəd BMW 760LI və 1 ədəd "Volswagen Passat" markalı minik avtomobilləridir.
Avtomobillərin buraxılış illəri 2006-2018-ci illər, start qiyməti 5 200 - 21 500 manatdır. Bunun 10 %-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Nəqliyyat vasitələri barədə ətraflı məlumatı auksion.gov.az saytından almaq olar. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib