Rusiyadakı turoperatorlar Azərbaycanda tətil üçün sifarişlərin sayında ciddi azalma qeydə almayıb.
“İki sahil” xəbər verir ki, bu barədə məlumat verən Rusiya Səyahət Sənayesi İttifaqının (RUTİ) mətbuat xidməti Azərbaycan turlarına marağın azalması ilə bağlı mətbuatda yayılan informasiyaları təkzib edib.
RUTI qeyd edib ki, əvvəllər Səyahət Agentlikləri Assosiasiyasının nümayəndələri tərəfindən sifarişlərin 30-40 faiz azalması ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb. "Rusiya Səyahət Sənayesi İttifaqında bu məlumatı yoxladıq: turoperatorların dediyinə görə, bu, təsdiqini tapmayıb. Çox az sayda, norma daxilində sifariş ləğv olunub", - deyə onlar mesajda qeyd ediblər.
RUTİ əlavə edib ki, Azərbaycanın turizm sənayesi işçiləri rusiyalı turistlərə mehriban münasibət nümayiş etdirir.
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib