Biləsuvarda günəbaxan əkini bu məhsul ilində 491 hektara çatdırılıb.
Bu da son yeddi ilin ən yüksək göstəricisidir.
Belə ki, rayon üzrə ötən il 129,8 hektar sahədə günəbaxan bitkisi əkilib. Ondan 2 834 sentner məhsul toplanıb.
Həmçinin 2025-ci ilin məhsulu üçün rayonda ümumi olaraq 31 678 hektar sahədə taxıl əkini aparılıb ki, bundan da 7 563 hektarını buğda, 24 115 hektarını arpa bitkisi təşkil edir. Bu günədək buğda sahələrindən 23 820 ton buğda məhsulu yığılaraq məhsuldarlıq 31,5 sentnerə, arpa sahələrindən isə 72 345 ton arpa məhsulu toplanaraq məhsuldarlıq 30 sentnerə çatdırılıb.
"Report"
Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib