07 iyul 2025 10:52
122

Japarov Tacikistana dövlət səfəri edəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 8-9-da Tacikistana dövlət səfəri edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Qırğızıstan KİV-i məlumat yayıb.

Səfər çərçivəsində o, Tacikistan Prezidenti Emoməli Rəhmon ilə danışıqlar aparacaq.

Bundan əlavə, onun Tacikistan parlamentinin iki palatasının spikerləri və Baş nazirlə görüşlər planlaşdırılır. Eyni zamanda, bir sıra sənədlərin imzalanması gözlənilir.

Bildirilib ki, səfər çərçivəsində Qırğızıstan-Tacikistana iqtisadi və investisiya forumu da keçiriləcək.