07 iyul 2025 12:12
123

İraqın şimalında şəhid olan türk hərbçilərin sayı 12-yə çatıb

İraqın şimalında mağarada əməliyyat-axtarış tədbirləri zamanı metan qazından zəhərlənərək şəhid olan Türkiyə hərbçilərinin sayı 12-yə yüksəlib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə milli müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün nümayəndə heyəti ilə birgə bölgəyə gedib.