08 iyul 2025 13:04
133

ABŞ universitetləri 1 milyard dollar gəlirdən MƏHRUM OLACAQ

Digər ölkələrdən olan tələbələr ABŞ-a gələ bilməyəcəyi və ya gəlmək istəmədiyi halda onlarla Amerika universiteti gəlirlərinin əhəmiyyətli hissəsini itirə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Trump administrasiyasının daha sərt yoxlama tələbləri, viza gecikmələri və kampuslarda və sərhəddə immiqrasiya yoxlamaları potensial tələbələri bu ölkədə təhsil almaqdan çəkindirir.

Bu isə ABŞ universitetlərini 1 milyard dollardan məhrum edə bilər. 

Nəşr Milli Təhsil Statistikaları Mərkəzinin (NCES) məlumatlarına əsasn yazır ki, bu da hər birində ən azı 1000 tələbəsi olan 162 universitetə mənfi təsir edəcək. ABŞ-da tələbələrin ən azı 15%-i beynəlxalq tələbələrdir.