08 iyul 2025 13:39
404

İİTKM-də 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının icrasına dair müzakirə aparılıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın “Yaradıcı və innovativ cəmiyyət” məqsədinin icrasına dair müzakirə aparılıb.

“İki sahil” xəbər verir ki, görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanov və sədr müavini Rəşad Xalıqov, eləcə də İİTKM-in aidiyyəti sahə üzrə əməkdaşları iştirak ediblər.

İclasda innovasiya ekosisteminin klasterləşməsi və eksterritorial inkişafı, eləcə də universitet–sənaye–dövlət əməkdaşlığının gücləndirilməsi məsələləri geniş müzakirə olunub. Qeyd edilib ki, elmi tədqiqatların kommersiyalaşdırılması və sənaye ilə birgə layihələrin icrası innovasiya əsaslı iqtisadi artımın təmin edilməsində mühüm rol oynaya bilər. Azərbaycanın kibertəhlükəsizlik sahəsində strateji mövqeyi və rəqabət üstünlüyünün olması da bu inkişafı dəstəkləyən amillərdəndir.