ABŞ administrasiyası avqustun 1-dən mallara əlavə rüsumların tətbiqi ilə bağlı 14 ölkəyə xəbərdarlıq edildiyini dəqiqləşdirib.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
25%-lik məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin siyahısına Yaponiya, Cənubi Koreya, Qazaxıstan, Malayziya və Tunis daxildir.
Cənubi Afrika, Bosniya və Herseqovina üçün məhdudiyyətlər 30%, İndoneziya üçün - 32%, Banqladeş və Serbiya üçün 35%, Kamboca və Tayland üçün - 36% olacaq.
Laos və Myanma 40% tariflər tətbiq ediləcək.