Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avstriyanın paytaxtı Vyanada keçirilən 9-cu Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Beynəlxalq Seminarında (“OpecSeminar”) iştirak edib.
“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
"Vyanada keçirilən 9-cu OPEC Beynəlxalq Seminarında dayanıqlı enerji təchizatının təmin olunmasında investisiyaların vacibliyi, Azərbaycanın enerji trilemmasında və Avropaya neft-qaz təchizatında oynadığı strateji rol, eləcə də karbohidrogenlərin qlobal enerji balansındakı gələcək mövqeyi ilə bağlı fikirlərimizi bölüşdük", - o qeyd edib.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib