Azərbaycan və Ruanda arasında ixrac potensialına malik məhsulların potensial tədarükü müzakirə edilib.
“İki sahil” xəbər verir ki, bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat yayıb.
Bildirilib ki, müzakirələr AZPROMO-da Ruandanın Azərbaycandakı səfiri Çarlz Kayonqa ilə görüşdə baş tutub.
Tərəflər qarşılıqlı ticarət, mədənçilik və turizm sahələrində tərəfdaşlıq və investisiya imkanlarına dair fikir mübadiləsi aparıb. Bununla yanaşı, Azərbaycanın Asiya ilə Avropanı birləşdirən strateji mərkəz kimi mövqeyinin Ruandanın ixrac imkanlarının və digər bazarlara çıxışının genişləndirilməsində əhəmiyyətli rol oynaya biləcəyi vurğulanıb.
Ekoloji əməkdaşlıq növbəti bir parçalanma xətti deyil, körpü olaraq qalmalıdır - Muxtar Babayev
Nazir müavini: Azərbaycanda bərpaolunan enerjinin inkişafı olduqca sürətlə gedir
“AzerGold” “Söyüdlü” qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib