14 iyul 2025 15:06
98

ASCO yük daşımalarını 12 % artırıb

Bu ilin I yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 4,6 milyon ton yük daşıyıb.

“İki sahil” ASCO-ya istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.

O cümlədən, yanvar-iyun aylarında səhmdar cəmiyyətinin tankerləri ilə 2,2 milyon ton yük daşınıb ki, bu da 1 il əvvələ nisbətən 10 % çoxdur.

6 ay ərzində ASCO-nun bərə və Ro-Pax tipli gəmiləri ilə 19 280 ədəd yük avtomobili (3 % çox), 18 227 ədəd vaqon (4 % az) daşınıb.

Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. I yarımildə 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən təxminən 83 % çoxdur.