14 iyul 2025 19:14
134

Türkiyə və İranın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə ediblər

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər iranlı həmkarı briqada generalı Əziz Nəsirzadə ilə telefonla danışıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon danışığı zamanı ikitərəfli və regional müdafiə, eləcə də təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.