ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə amerikalı lider Vaşinqtonda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ABŞ Ermənistanla Azərbaycan arasında münaqişənin həlli üçün səylər göstərib və bu, yaxşı nəticəyə gətirib çıxaracaq.