Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional Nümayəndəliyinin Masallı bölməsinin birgə təşkilatçılığı və Masallı rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə Tovuz döyüşlərinin 5-ci il dönümü münasibətilə “Qəhrəmanlar döyüşdə” adlı tədbir keçirilib.
“İki sahil” xəbər verir ki, təşkilatçı müəssisə əməkdaşların, şəhid ailələri və gənclərin qatıldığı tədbirdə əvvəlcə Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin açılışında çıxış edən muzeyin direktoru Əntiqə Tağıyeva deyib:- Beş il əvvəl Vətən müharibəsinə gedən yolun əsas mərhələsi Tovuz döyüşlərinin başlaması oldu. Bu döyüşlərə qatılan Vətənin qəhrəman övladları öz gücünü erməni dığalarına göstərə bildilər.
Digər çıxışçılar- muzeyin kiçik elmi işçisi Dilguşə Məmmədova, Xüsusi Təyinatlı Qüvvələrdə Murovdağdan Şuşaya kimi şanlı döyüş yolu keçən, ehtiyatda olan qazi-komandir Nazim Cəfərzadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional Nümayəndəliyinin Masallı bölməsinin nümayəndəsi Orxan Əliyev Ermənistanın işğalçı siyasətin, yalanların üzə çıxmasına səbəb olun Tovuz döyüşləri və bu döyüşlərin nəticəsi olaraq qazandığımız tarixi qələbədən qürurla söz açıblar.
Şəhid Anar Novruzovun həyat yoldaşı Nazilə Novruzova qazi və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışaraq onlara mənəvi dəstək olan hər kəsə öz xüsusi təşəkkürünü bildirib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü