Azərbaycan Mərkəzi Bankı (AMB) "Kashpay" əmtəə nişanının sahibi olan "Kabox” MMC-yə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən 18 sentyabr 2024-cü il tarixli lisenziyanı ləğv edib.
“İki sahil” AMB-yə istinadən xəbər verir ki, bu qərar təşkilatın fəaliyyətində aşkar edilmiş ciddi qanun pozuntuları səbəbi ilə “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunun 54.1.7-ci və 54.1.9-cu maddələrinə əsasən qəbul edilib.
Beləliklə, ödəniş bazarında lisenziyası olan təşkilatların sayı 27-yə düşüb. Hazırda 18 şirkət elektron pul təşkilatı, 7 şirkət ödəniş təşkilatı, “AzəriCard” və "Millikart" MMC-lər isə ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalara malikdir.
Topdansatış internet xidmətləri və ümumistifadəli telekommunikasiya şəbəkəsinə qoşulma şərtləri müzakirə edilib
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib