Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala xarici mənbələrdən 2 milyard 002,2 milyon manat vəsait yönəldilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 30,6 % çoxdur.
Hesabat dövründə xarici investisiyaların 1 milyard 949,4 milyon manatı (97,3 %-i)
Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Fransa və Hindistan sərmayədarlarına məxsus olub.
Xatırladaq ki, I yarımildə Azərbaycanda əsas kapitala 8 milyard 073,5 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,5 % az investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 23,8 % azalıb, qeyri-neft-qaz sektoruna investisiyalar isə 13,5 % artıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar