“Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir”.
“İki sahil” xəbər verir ki, bunu 3-cü Şuşa Qlobal Media Forumunda iştirak edən ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti Paolo von Şirak “Baku Tv”yə açıqlamasında söyləyib.
Onun sözlərinə görə, Azərbaycanda intensiv işlər gedir və ölkə çox qonaqpərvərdir:
“Öz növbəsində Ermənistanla problem həll olunmasa da, sona yaxınlaşır. Biz hazırda tarixi baxımından 20 ildən çox müddətdə işğal altında olan Qarabağdayıq. Bunlar artıq keçmişdə qalıb və hazırda insanlar gələcəyə baxırlar. Keçmiş məcburi köçkünlərin qayıdışı ilə bölgə sanki yenidən doğulur”.
Paolo von Şirak əlavə edib ki, 3-cü Şuşa Qlobal Media Forumunda 50-dən çox ölkə rəsmisinin iştirak etməsi göstərir ki, Azərbaycan hakimiyyəti qlobal müzakirələr üçün platformalar yaratmaq imkanına malikdir.