Türkiyə Böyük Millət Məclisində (TBMM) “Terrorsuz Türkiyə” səyləri çərçivəsində planlaşdırılan komissiyanın yaradılması ilə bağlı proses yekunlaşmaq üzrədir.
“İki sahil” xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalının komissiya yaradılmazdan əvvəl parlamentdə təmsil olunan siyasi partiyaları ziyarət edəcəyi gözlənilir.
O, sabah başlaması gözlənilən görüşlər çərçivəsində AKP, CHP, DEM Parti, MHP, İYİ Parti və Yeni Yol partiyalarının qrup sədrləri və qrup sədr müavinləri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə Kalının “Terrorsuz Türkiyə” səylərini ehtiva edən proses haqqında məlumat verəcəyi bildirilib.
Məhərrəm Ağalaroğlu, “İki sahil”