Konqo Demokratik Respublikasının şərqində, Valunqu rayonunda (Cənubi Kivu əyaləti) hökumət qüvvələrlə 23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları arasında şiddətli toqquşmalar müşahidə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Konqonun “Okapi” radiostansiyası məlumat yayıb.
Radiostansiya qeyd edir ki, döyüşlər Konqo səlahiyyətliləri və M23 rəhbərliyinin Dohada atəşkəsi qorumağa söz verdiyi bəyannaməni imzaladıqdan bir gün sonra başlayıb. Döyüşlər xüsusilə Bvenda və Muhono yaşayış məntəqələrində gedir.
Qətər və ABŞ-nin vasitəçiliyi ilə hazırlanan bəyannamədə sülh razılaşmasına nail olmaq üçün danışıqların avqustun 8-dən gec olmayaraq başlaması tələb edilir.