Son dövrlərdə Azərbaycanla Rusiya arasında yükdaşımalarında heç bir problem yaşanmayıb.
“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, məsələ ilə bağlı indiyə qədər hər hansı tərəfin problem yaratması, nə də daşımaların həcminin azalması müşahidə edilməyib: “Eləcə də sürücülər tərəfindən hər hansı bir narazılıq və ya çətinlik bildirilməyib. Ona görə də bu istiqamətdə ciddi bir problem yoxdur”.
K. Qurbanovun sözlərinə görə, beynəlxalq daşımaların yarıdan çoxu İran-Rusiya istiqamətində həyata keçirilir: “Bu daşımaları yalnız Azərbaycan daşıyıcıları deyil, həm də Rusiya daşıyıcıları yerinə yetirirlər”.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar