Azərbaycan Çexiya ilə bir sıra sahələrdə birgə fəaliyyətin gücləndirilməsini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, bu barədə müzakirələr Çexiyaya işgüzar səfər çərçivəsində bu ölkənin sənaye və ticarət naziri Lukaş Vlçek ilə görüşdə aparılıb.
“İqtisadi əməkdaşlıq kontekstində ikitərəfli ticarət dövriyyəsinin artırılması, sənaye, nəqliyyat, tranzit, turizm və investisiyalar sahəsində birgə fəaliyyətin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, - deyə M. Cabbarov qeyd edib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar