Azərbaycanın bank sektoru bu ilin I yarısında 576,6 milyon manat xalis mənfəət əldə edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,1 % azdır.
6 ay ərzində bankların əməliyyat gəlirləri 3 milyard 274,9 milyon manat (1 il əvvələ nisbətən 18,5% çox), əməliyyat xərcləri 2 milyard 360,3 milyon manat (27,2 % çox), xüsusi ehtiyatlara ayırmaları 204,4 milyon manat (19,3 % çox), gözlənilməz gəlirləri 0,5 milyon manat (79,2 % az), mənfəət vergisi ödəmələri isə 134,1 milyon manat (8,05 % çox) təşkil edib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar