Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,03 milyon manat zərərlə başa vurub.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 24 dəfə azdır.
Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,21 milyon manat (0,8 % çox), xərcləri 0,69 milyon manat (1,4 % az), xüsusi ehtiyatlara ayırmaları isə 0,54 milyon manat (45 % az) təşkil edib.
Bu il iyulun 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,4 % çoxdur. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 1,9 % böyüyüb.
Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 21,2 % azalaraq 2,6 milyon manata düşüb, balans kapitalı isə 11 % artaraq 10,1 milyon manata çatıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar