Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) bu ilin I yarısını 13,2 milyon manat xalis zərərlə başa vurub. Halbuki, BOKT-lar ötən ilin eyni dövründən 76,6 milyon manat xalis mənfəətlə çıxmışdı.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 6 ay ərzində BOKT-ların əməliyyat gəlirləri 218,2 milyon manat (illik müqayisədə 26,2 % çox), əməliyyat xərcləri 149,5 milyon manat (93,7 % çox), xüsusi ehtiyatlara ayırmaları 76,8 milyon manat (26,5 dəfə çox), gözlənilməz gəlirləri 0,2 milyon manat (eyni), mənfəət vergisi ödəmələri isə 5,3 milyon manat (3,1 dəfə az) təşkil edib.
Bu il iyulun 1-nə BOKT-ların aktivləri 963,4 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,8 % çoxdur. Bunun 671,8 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə sektorun kredit portfeli 6,5 % böyüyüb.
Hesabat dövründə BOKT-ların öhdəlikləri 6,8 % artaraq 512,5 milyon manata, balans kapitalı IS' 20,5 % artaraq 450,8 milyon manata, o cümlədən nizamnamə kapitalı 28,7 % artaraq 272,2 milyon manata çatıb.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar