Ermənistan cəmiyyətində yeni reallıqları sarsıtmaq tendensiyaları görünür.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, artıq regiondakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var:
"Biz erməni cəmiyyətindəki revanşizmin yeni dalğasına qarşı çox diqqətli olmalıyıq. Görürük ki, artıq regionumuzdakı yeni status-kvonu şübhə altına alan yeni cəhdlər var. Biz yeni reallıqları sarsıtmaq tendensiyalarını və erməni gənclərinin yeni qarşıdurmalar və müharibələr üçün necə indoktrinasiya edildiyini görürük. Bu tamamilə qəbuledilməzdir. Buna görə də erməni hökuməti indi öz cəmiyyətinə diqqət yetirməlidir. Mən inanıram ki, konstitusiya dəyişikliyi bütün bunlara son qoymaq üçün vacib addım olacaq".
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib