Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında maliyyələşdirilən ipoteka kreditlərinin məbləği 1 milyon 933 min manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bunu Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sosial şəbəkə hesablarında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 141 min manat və yaxud 144 % çoxdur.
"İpoteka kreditləri üzrə bu artım Naxçıvan muxtar respublikada əhalinin mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış sahələrinə olan tələbatın qarşılanması və sosial rifahın artırılması istiqamətində həyata keçirilən tədbirlərin real nəticəsidir. Regionda ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi və vətəndaşlara daha əlverişli şərtlərlə maliyyə dəstəyi göstərilməsi məqsədilə sistemli işlər davam etdirilir", - deyə F.Nəcəfli qeyd edib.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar