Prezident İlham Əliyev “Elektroenergetika haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bundan sonra, Azərbaycanda elektroenergetika sektorunda sabit tarif tətbiq olunacaq.
Sənədə əsasən, elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə aylıq sabit tarif tətbiq olunacaq.
Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq ediləcək və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunacaq.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar