"Azər-Türk Bank" ASC-nin səhmlərinin 51 %-nin Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) ötürülməsi yekunlaşıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Bankın idarəetməsində olduğu Azərbaycan İnvestisiya Holdinqindən bildirilib.
Bankın səhmlərinin 24 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 12,4 %-i Türkiyənin "Zıraat Bank"ına, 1,1 %-i "Zıraat Bank İnternational"a, 6,5 %-i "AzRe Təkrarsığorta" ASC-yə, 5 %-i isə "Qala Həyat Sığorta" ASC-yə məxsusdur.
Xatırladaq ki, "Azər-Türk Bank" 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 79 milyon manatdır.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar