Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin geniş tərkibinə daxil olan bankların rəhbər şəxsləri ilə görüşüb.
“İki sahil” xəbər verir ki, o, bunu "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Görüşdə bu ilin I yarısında bank sektorunun fəaliyyət göstəriciləri və inkişaf meyilləri geniş şəkildə müzakirə olundu. Həmçinin bank rəhbərləri ilə qarşıdakı dövr üçün strateji prioritetlər və sektorun gündəmində olan digər mühüm məsələlər üzrə fikir mübadiləsi etdik", - deyə o qeyd edib.
Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov Göyçayda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib
Agentliyin sədri Elnur Bağırov Özbəkistanda keçirilən beynəlxalq konfransda iştirak edib
"Ford" süni intellekt uğursuzluğundan sonra təcrübəli mühəndislərini geri qaytardı