Yeni mövsümdə Azərbaycanı basketbol üzrə Avropa Kubokunda təmsil edəcək “Abşeron Lions" oyunçusu Obri Makelpin ilə müqavilənin müddətini uzadıb.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a 36 yaşlı amerikalı basketbolçu özü məlumat verib. O, Bakı təmsilçisi ilə 1 illik yeni müqavilə imzaladığını söyləyib.
Qeyd edək ki, “Abşeron Lions” ilk təsnifat mərhələsində Kiprin "Anortosis" klubunu məğlub edəcəyi halda H qrupunda "Kasademont" (Saraqosa, İspaniya), "Falko" (Macarıstan) və "Bakken Bears" (Danimarka) komandaları ilə mübarizə aparacaq. Avropa Kubokunda təsnifat mərhələsinin oyunları 24 sentyabr və 1 oktyabrda təşkil olunacaq.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar