2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) investisiya etdiyi “Azerbaijan Rigs” layihəsinin dəyərində ciddi azalma müşahidə olunub.
“İki sahil” xəbər verir ki, bu barədə Hesablama Palatasının ARDNF-in 2024-cü il büdcəsinin icrasına verdiyi rəydə bildirilir.
Sənəddə deyilir ki, layihənin ümumi xərcləri 1 milyard 4,7 milyon ABŞ dolları təşkil edib. Bunun 838 milyon dollarını Fond 2013–2017-ci illərdə investisiya edib.
Lakin 2024-cü ilin sonuna təqdim edilmiş audit olunmamış maliyyə hesabatlarına əsasən, layihənin dəyəri 372,5 milyon dollar səviyyəsində qiymətləndirilib. Bu isə ilkin investisiya məbləği ilə müqayisədə layihənin dəyərinin təxminən 2,2 dəfə azalması deməkdir.
“Azerbaijan Rigs” ARDNF-in səhmlər alt portfeli çərçivəsində həyata keçirdiyi investisiya layihələrindən biridir.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar