Bu il iyulun 1-nə Azərbaycanın dövlət zəmanətli borcunun məbləği (daxili və xarici borc) 10 milyard 837,9 milyon manat və yaxud 2025-ci il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 8,3 %-i qədər olub.
“İki sahil” Maliyyə Nazirliyinə istinadən xəbər veri ki, dövlət zəmanəti verilmiş borcun 9 milyard 123,6 milyon manatı (5 milyard 366,8 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 714,3 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb.
Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 58,7 %-ni sabit, 41,3 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.
Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları– 62,8 %, avro – 18,9 %, manat – 12,4 %, yapon yeni – 4 %, digər valyutalar – 1,9 %.
Dövlət zəmanətli borcun 72,7 %-i 5 ilə qədər olan müddətdə, 16,8 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 10,5 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar