Azərbaycanın bu il iyulun 1-nə 17 milyard 177,4 milyon manat təşkil etmiş daxili dövlət borcunun 8 milyard 26,8 milyon manatını dövriyyədə olan dövlət qiymətli kağızları, 9 milyard 150,6 milyon manatını isə hökumətin üzərinə götürdüyü dövlət zəmanətli öhdəlikləri təşkil edib.
“İki sahil” xəbər verir ki, Maliyyə Nazirliyinin məlumatına görə, hesabat tarixinə dövlət qiymətli kağızlarının 12,9 %-i 1 illik, 57 %-i 2 və 3 illik, 30,1 %-i isə 5 il və daha artıq müddətli olub.
İyunun sonuna dövriyyədə olan dövlət istiqrazları üzrə Orta Ödəmə Müddəti (OÖM) 2,93 il təşkil edib. Yarımil ərzində dövlət istiqrazları üzrə orta ödəniş müddətinin uzadılması, təkrar maliyyələşdirmə həcmlərinin hamarlaşdırılması məqsədilə həyata keçirilən tədbirlər nəticəsində qısamüddətli dövlət istiqrazlarının geri alınaraq daha uzunmüddətli dövlət istiqrazları ilə əvəz olunması dövlət istiqrazları üzrə OÖM-ün artmasına səbəb olub.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar