4SİM-in icraçı direktoru Fariz Cəfərov və “Mastercard” şirkətinin Şərqi Avropa üzrə vitse-prezidenti Engin Yaşar arasında videokonfrans formatında görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə 4SİM-in fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verilib, tərəflər arasında əməkdaşlıq potensialına dair fikir mübadiləsi aparılıb.
Müzakirələrdə “Sənaye 4.0 Hazırlıq Proqramı” çərçivəsində əməkdaşlıq, “Sənaye 4.0 Mərkəzi”ndə “Mastercard” şirkətinin dəstəyi ilə xüsusi bölmənin yaradılması və birgə maarifləndirici tədbirlərin təşkili kimi məsələlər diqqət mərkəzində olub.
Tərəflər gələcək əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını müzakirə edib və müvafiq işçi qrupların yaradılması barədə razılığa gəliblər.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar