“KOB FEST” sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB-lardan müraciətlərin qəbuluna başlanıldı.
“İki sahil” xəbər verir ki, Göygöl rayonunun Xan Yaylağında keçiriləcək 4-cü Milli Yaylaq Festivalı çərçivəsində “KOB FEST” sərgi-satış yarmarkası da təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçiriləcək yarmarka 15-17 avqust tarixlərində fəaliyyət göstərəcək.
Sərgi-satış yarmarkasında məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri, yaradıcı şəxslər və sənətkarlar avqustun 12-dək Agentliyin saytındakı müvafiq formanı doldurmaqla müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “KOB FEST – Göygöl” qeyd olunmalıdır).
Mikro və kiçik sahibkarların yarmarkada iştirak etməsi üçün ödəniş nəzərdə tutulmur.
“KOB FEST” sərgi-satış yarmarkasının məqsədi KOB subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına tanıdılması və satışına dəstək olmaq, istehlakçıları KOB-ların məhsul və xidmətlərindən istifadəyə təşviq etməklə kiçik sahibkarların inkişafını dəstəkləməkdir. Yarmarka həmçinin, sənətkarların satış imkanlarını artırmağı, istehsalçıları və istehlakçıları bir platformada görüşdürməyi, KOB-lar və təchizatçı şirkətlər arasında işgüzar əlaqələrin qurulmasını hədəfləyir.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar