Bu il iyulun 1-nə Azərbaycanda geniş mənada pul kütləsi (M3 aqreqatı) 48 milyard 468 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,3 %, ilin əvvəli ilə müqayisədə 4,2 %, ötən ilin eyni dövrünə nisbətən 7,6 % çoxdur.
O cümlədən, manatla pul kütləsi (M2 aqreqatı) 36 milyard 817,8 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,9 %, ilin əvvəli ilə müqayisədə 0,5 %, ötən ilin eyni dövrünə nisbətən 4,8 % çoxdur.
Hesabat tarixinə tələbli depozitlər (M1 pul aqreqatı) 29 milyard 430 milyon manat təşkil edib ki, bu da, aylıq müqayisədə 3,8 % çox, ilin əvvəli ilə müqayisədə 0,7 % az, ötən ilin eyni dövrünə nisbətən 3,1 % çoxdur.
İyulun 1-nə banklardan kənarda olan nağd pul kütləsi (M0 aqreqatı) isə 16 milyard 513,5 milyon manat olub ki, bu da aylıq müqayisədə 2,1 %, ilin əvvəli ilə müqayisədə 4,1 %, ötən ilin eyni dövrünə nisbətən 5,9 % çoxdur.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar