Bu ilin iyulun 1-nə Azərbaycan banklarının depozit portfeli 42 milyard 954 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,6 % az, ilin əvvəlinə nisbətən 6,7 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12,4 % çoxdur.
Bunun 56,6 %-i, yaxud 24 milyard 313,7 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 15,5 % çoxdur.
İl ərzində ev təsərrüfatlarının əmanətləri 8,9 % artaraq 15 milyard 437 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 7,5 % artaraq 3 milyard 203,3 milyon manata çatıb.
Hesabat dövründə cəmi depozitlərin 23 milyard 514,4 milyon manatı (il ərzində 2,1 % artıb) qısamüddətli, 19 milyard 439,6 milyon manatı (+28 %) isə uzunmüddətli olub.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar