Bu ilin iyulun 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 30 milyard 231,8 milyon manat təşkil edib.
“İki sahil” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,1 %, ilin əvvəlinə nisbətən 3,2 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 12 % çoxdur.
Kredit qoyuluşunun 21 milyard 023 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 11,4 % çoxdur.
Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 449,1 milyon manat təşkil edib. Bu, illik müqayisədə 13,6 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 24,3 %-dən 24,6 %-ə yüksəlib.
İyulun 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu 1 milyard 759,7 milyon manat olub. Bu, illik müqayisədə 11,8 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,8 % olub.
Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar