Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tabeliyində yaradılması planlaşdırılan yeni infrastruktur layihəsinin icrasına start verilir.
“İki sahil” dövlət satınalmalarının həyata keçirildiyi vahid internet portalına istinadən xəbər verir ki, Nazirlik tərəfindən "Naxçıvan Kənd Təsərrüfatı Laboratoriyaları Mərkəzi" binasının layihələndirilməsi xidmətinin satınalınması ilə bağlı müsabiqə elan olunub.
Yeni layihələndiriləcək laboratoriya mərkəzi kənd təsərrüfatı sahəsində keyfiyyətə nəzarət, torpaq və məhsul analizləri, eləcə də müasir texnologiyaların tətbiqi baxımından əhəmiyyətli rol oynayacaq.
Auditorlar Palatasının 30 illik yubileyi münasibətilə fərdi jurnalist yazı və “Ən yaxşı auditor assistenti və mütəxəssisi”, “Ən yaxşı gənc auditor” müsabiqələrinin iştirakçıları mükafatlandırılıb FOTOLAR
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar