Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın Avaza şəhərinə işgüzar səfəri çərçivəsində avqustun 4-də Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
“İki sahil” xəbər verir ki, parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunaraq, əlaqələrimizin dərinləşməsində ölkə başçılarının müstəsna rolu xüsusi vurğulanıb.
Azərbaycanın və Özbəkistanın prezidentlərinin yüksək iradəsi sayəsində ikitərəfli münasibətlərimizin yeni və daha dinamik inkişaf mərhələsinə daxil olduğu qeyd edilərək, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.
Söhbət zamanı ölkələrimiz arasında yüksəksəviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əməkdaşlığın dinamik inkişaf tempinə malik olduğu bildirilib. Qeyd olunub ki, sıx təmaslar, müxtəlif beynəlxalq tədbirlər çərçivəsində keçirilən mütəmadi görüşlər və qarşılıqlı səfərlər qanunverici orqanlarımızın əməkdaşlığına mühüm və müsbət təsir göstərir. Sahibə Qafarova özünün Özbəkistana çoxsaylı səfərlərini, o cümlədən cari ilin iyulunda Birinci Özbəkistan-Azərbaycan parlamentlərarası Forumunda iştirakını məmnunluqla xatırlayıb. Forum çərçivəsində imzalanan “Parlamentlərarası əməkdaşlığın inkişafına dair 2025-2026-cı illər üçün praktiki tədbirlər planı”, həmçinin Milli Məclislə Özbəkistan Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının reqlamentinin münasibətlərimizin gələcək inkişafı baxımından əhəmiyyəti bir daha diqqətə çatdırılaraq, bu sənədlərin parlamentlərimiz və onların komitələri, dostluq qrupları və deputatlar arasında əlaqələrin daha da genişləndirilməsinə əhəmiyyətli imkanlar yaratdığı bildirilib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib