04 avqust 2025 18:55
122

CNBC: Hindistan Rusiya neftinə görə ABŞ-la münasibətləri kəskinləşdirməyəcək

Hindistan hakimiyyəti Rusiyadan neft tədarükünə görə ABŞ-la münasibətləri kəsmək riskinə girməyəcək.

“İki sahil” xəbər verir ki,  bu barədə CNBC məlumat yayıb.

Rapidan Energy Group konsaltinq firmasının prezidenti Bob MakNallinin qeyd etdiyi kimi, Amerika prezidenti Donald Trampın təhdidlərindən sonra Hindistan çaşqınlıq içindədir.

Bir müddət əvvəl Amerika lideri Donald Tramp avqustun 1-dən 25%-lik rüsumların tətbiqindən sonra Hindistanın Rusiya neftinin idxalını dayandıracağı ilə bağlı bəyanat vermişdi.

Eyni zamanda “The Guardian” qəzeti Trampın təhdidlərinə baxmayaraq Hindistanın Rusiyadan neft almağa davam edəcəyini yazıb.