İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında fəaliyyət göstərən sahibkarlara ümumilikdə 1746 ədəd, cari ilin 6 ayında isə 144 ədəd təsdiqedici sənəd verilib.
“İki sahil” xəbər verir ki, İZİA-dan bildirilib ki, bu sənədlər əsasında rezidentlər sənaye parklarında tətbiq edilmiş idxal ƏDV-si və gömrük güzəştləri nəticəsində ümumilikdə 520 milyon manatdan çox, 2025-ci ilin I yarısında isə 14 milyon manatdan artıq şəxsi vəsaitlərinə qənaət ediblər.
Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından tam azad olunurlar.