05 avqust 2025 16:32
90

Naxçıvanda yaxın 5 ildə paylayıcı elektrik şəbəkəsində görüləcək işlər açıqlanıb

Yaxın 5 ildə Naxçıvan Muxtar Respublikasında 110 və 35 kV-luq yarımstansiyaların yenidən qurulması və elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur.

“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"da öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, bölgədə 6–10 kV-luq və 0,4 kV-luq elektrik şəbəkələrində yenidənqurma işlərinin aparılması, elektrik şəbəkələrində qəza hallarının aradan qaldırılması, SCADA (şəbəkələrin real vaxt rejimində avtomatik idarə olunması) sisteminin qurulması və elektrik sayğaclarının dəyişdirilməsi planlaşdırılır.