05 avqust 2025 21:21
87

Bu ölkədə qasırğadan sonra minlərlə ev işıqsız qaldı

Böyük Britaniyada "Floris" qasırğasının fəsadları qalmaqdadır.

“İki sahil” xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, qasırğadan sonra 50 min evin enerji təchizatı bərpa edilib. Şotlandiyada 22 min ev isə hələ də işıqsızdır. Ölkənin dəmir yolu nəqliyyatında da fasilələr yaranıb.

Qasırğadan ən çox Şotlandiyanın Highland, Moray və Aberdinşir bölgələri zərər çəkib.