06 avqust 2025 09:57
100

Yan Lipavski: Biz Çexiyanı Rusiya qazından asılılıqdan xilas etdik

Artıq Rusiya qazından asılı deyilik.

“İki sahil” xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.

“Bütün Rusiya qazı həvəskarlarını əmin etmək istərdim ki, o bizə lazım deyil. O, daha ucuz deyil. Onu Çexiya Respublikasına lazımi şəkildə çatdırmağın heç bir yolu yoxdur”, - deyə XİN rəhbəri “X”dakı paylaşımında qeyd edib.

Bundan əvvəl Baş nazir Petr Fiala da oxşar bəyanatla çıxış edib. İyulun sonunda Berlində Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında çıxış edərək, o, hələ 2,5 il əvvəl Çexiya Respublikasının 97 faiz Rusiya qazından asılı olduğunu xatırladıb. “Biz bu asılılıqdan qurtula bildik. Bu gün bizim Rusiya qazına ehtiyacımız yoxdur”, - deyə Fiala bildirib.

2027-ci ilin sonuna qədər Avropa İttifaqı Rusiya qazı və neftinin idxalını tədricən dayandıracaq. Macarıstan və Slovakiya bu təklifə qarşı çıxıblar. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin sözlərinə görə, Rusiya enerjidaşıyıcıları tədarükündən silah kimi istifadə edərək, Aİ-ni dəfələrlə şantaj etməyə çalışıb.