Yəmənin Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Alimi 2026-cı ildə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) dəvət edilib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvət məktubunu ölkəmizin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Şahin Abdullayev Yəmənin xarici işlər naziri Şayi əz-Zindaniyə təqdim edib. Görüşdə Yəmən XİN rəhbəri ölkəsinin Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində maraqlı olduğunu ifadə edib.
Eyni zamanda, nazir regionda baş verən son hadisələr, Qırmızı dəniz hövzəsində dünya gəmiçiliyi üçün yaranmış təhdidlər barədə danışıb.
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Media və Yayım Şurasında Ferhat Pirinççinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib
Prezident “Zayed İnsan Qardaşlığı Mükafatı”nın məbləğini Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Nazirlər Kabineti elektron ticarətlə məşğul olan xarici şirkətlərə dair qaydanı dəyişdirib