06 avqust 2025 23:50
105

Trampdan Mertsə telefon zəngi

ABŞ Prezidenti Donald Tramp Almaniya kansleri Fridrix Mertsə zəng edərək Rusiya prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüşün gözləniləndən daha məhsuldar olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, bu barədə "Bild" mənbələrə istinadla yazır.

Eyni zamanda, nəşr qeyd edir ki, Kremlin atəşkəslə bağlı hansı güzəştlərə getməyə hazır olduğu aydın deyil.